DÜNYA


Çinin mülki aviasiya idarəsi biletləri cəriməsiz geri qaytarmağı tələb edir

Bakı, 23 yanvar, AZƏRTAC

Çinin mülki aviasiya idarəsi yeni koronavirusun yayılması ilə bağlı aviaşirkətlərin və agentlərin üzərinə biletlərini geri qaytarmaq istəyən bütün sərnişinlərdən cərimə tutmamaq öhdəliyi qoyub.

AZƏRTAC xəbər verir ki, idarənin yaydığı məlumatda bu qaydanın yanvarın 24-də saat 00:00-dan başlayaraq tətbiq olunacağı bildirilir. Həmçinin China Railway korporasiyası elan edib ki, koronavirusun yayılması səbəbindən sərnişinlər əvvəlcədən alınmış biletləri əlavə pul ödəmədən geri qaytara bilərlər.

Çinin hakimiyyət orqanlarının məlumatına görə, Ay təqvimi üzrə bu il yanvarın 25-nə keçən gecəyə təsadüf edən Yeni il tətili zamanı ölkə sakinləri 3 milyarda yaxın səfər edirlər. Yeni il tətili dövrü Çində həm ölkə daxilində, həm də xaricə kütləvi gediş-gəlişlə müşayiət olunur. Milyonlarla çinli Yeni ili ailə əhatəsində qarşılamaq üçün doğma şəhərlərə qayıdır. Çində Yeni il səfərləri mövsümü dünyada ən böyük miqrasiya hadisəsi hesab olunur və 40 gün çəkir. Lakin hakimiyyət orqanları kütləvi səfərlərin ölkədə koronavirusun yeni tipinin baş qaldırması və yayılması ilə bağlı vəziyyəti gərginləşdirə biləcəyindən ehtiyatlanır və insan axını hərəkətinin azaldılması üçün tədbirlər görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.