DÜNYA


Çinin mülki aviasiya sənayesi ötən il 12,5 milyard dollar zərərə uğrayıb

Bakı, 19 may, AZƏRTAC

Çinin mülki aviasiyası 2021-ci ildə ümumilikdə 84,2 milyard yuandan çox (təxminən 12,5 milyard dollar) zərərə uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Çinin Mülki Aviasiya İdarəsinin saytında yerləşdirilib.

Qurumun məlumatına görə, 2021-ci ilin itkilərini öncəki illə müqayisədə 18,7 milyard yuan (2,7 milyard dollar) azaltmaq mümkün olub. Ötən ilin ümumi gəlirləri isə illik ifadədə 21,5 faiz artımla 752,9 milyard yuan (112,2 milyard dollar) təşkil edib.

Həmçinin ölkədə fəaliyyət göstərən aviakompaniyalar 2021-ci ildə 67 milyard yuan (10 milyard dollar) zərərə məruz qalıb, lakin 2020-ci illə müqayisədə itkilərin həcmi 14,9 milyard yuan (2,2 milyard dollar) azalıb. Eyni zamanda, gəlirlər illik ifadədə 13,3 faiz artaraq 424,5 milyard yuana (63,3 milyard dollar) çatıb.

COVID-19 infeksiyasının yayılması ilə bağlı 2020-ci ildən bu yana uçuşlara tətbiq edilən məhdudiyyətlər səbəbindən ÇXR-in mülki aviasiya bazarı ciddi itkilərlə üzləşib. Qadağalar xüsusən beynəlxalq sərnişin daşımalarına ağır zərbə vurub. İdarənin məlumatına görə, 2020-ci ildən bu yana ölkənin mülki aviasiya sənayesi ümumilikdə 224 milyard yuandan çox (təxminən 33 milyard dollar) vəsait itirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.