DÜNYA


Çinin neft nəhəngi “Sinopec”in mənfəəti 41 faiz artıb

Bakı, 28 avqust, AZƏRTAC

Çinin ən böyük neft emalı şirkəti olan “Sinopec”in bu ilin birinci yarısındakı xalis mənfəəti 27,1 milyard yuan (4,08 milyard dollar) təşkil edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, şirkətin mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz artıb. Yarım ildə “Sinopec”in gəlirləri 32,6 faiz artaraq 1,166 trilyon yuan təşkil edib. Şirkətin profisiti 40,1 faiz artaraq 27,92 milyard yuan olub.

“Sinopec”in yanacaq satışları isə ilin ilk yarısında 0,82 faiz nisbətində artaraq 87,22 milyon tona çatıb. Altı ayda şirkətin neft hasilatı 1,6 faiz artaraq 117,79 milyon ton olub.

Şirkət bu ilin ikinci yarısında xam neft hasilatının 148 milyon barrel olacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.