MƏDƏNİYYƏT


Çinin ölkəmizdəki səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə edib

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Milli Kitabxanası Çin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə aprel ayında Çinin ölkəmizdəki səfirliyi Milli Kitabxanaya 243 nüsxə ingilis və çin dillərində, 5 nüsxə rus dilində kitablar, eyni zamanda 9 DVD ingilis və 3 DVD rus dilində hədiyyə edib. Həmin kitablar Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalının Çinin daimi guşəsində və Xarici ədəbiyyat kolleksiyasında öz yerini tutub. Beynəlxalq əməkdaşlıq zalında yaradılan Çin daimi guşəsində Çin mədəniyyətinə, ədəbiyyatına, tarixinə, iqtisadiyyatına, memarlığına, rəssamlığına, incəsənətinə, texnologiyasına dair kitablar öz əksini tapıb.

Qeyd edək ki, Beynəlxalq əməkdaşlıq zalının açılışı 2019-cu il sentyabrın 27-də olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Mədəniyyət Nazirliyi, 13 ölkənin Milli Kitabxana direktorları və Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər. Hazırda Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin ədəbiyyat guşəsi mövcuddur. Zalda, eyni zamanda həmin ölkələrin kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.