Çinin sabiq Prezidenti Cian Cemin vəfat edib
AzerTAg.az

Pekin, 30 noyabr, AZƏRTAC
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sabiq baş katibi, Çin Xalq Respublikasının sabiq Prezidenti Cian Cemin noyabrın 30-da vəfat edib.
AZƏRTAC Çinin rəsmi mənbələrinə istinadla xəbər verir ki, sabiq lider 96 yaşında Şanxayda dünyasını dəyişib.
Cian Cemin Şanxay şəhərinin partiya katibi vəzifəsindən sonra Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi (1989-2002-ci illər), paralel olaraq Çin Xalq Respublikasının sədri (1993-2003-cü illər) vəzifələrini icra edib. Onun hakimiyyəti illəri Çinin iqtisadi yüksəliş dövrünə təsadüf edir. Bundan başqa, Cian Ceminin hakimiyyəti illərində Honkonq və Makao Çinə qaytarılıb, ölkə Dünya Ticarət Təşkilatına üzv olub.
Şahin Cəfərov
Pekin
Xəbərin mətnində orfoqrafik səhv var