Çinin sənaye və informasiya texnologiyaları naziri haqqında təhqiqat başlanıb
AzerTAg.az
Pekin, 28 iyul, AZƏRTAC
Çinin İntizam Nəzarəti Dövlət Komissiyası ölkənin sənaye və informasiya texnologiyaları naziri Siao Yaçin haqqında təhqiqata başlayıb.
AZƏRTAC komissiyanın məlumatına istinadla xəbər verir ki, nazir intizamı və qanunları pozmaqda şübhəli bilinir. Təhqiqat barədə detallı məlumat verilmir. 62 yaşlı nazir daha əvvəl Bazar Tənzimlənməsi Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. 2020-ci ilin avqustunda isə sənaye və informasiya texnologiyaları naziri təyin olunub.
Siao Yaçinin adı Çin Kommunist Partiyasının (ÇKP) oktyabrda keçiriləcək 20-ci qurultayına seçilən nümayəndələrin bir neçə gün əvvəl açıqlanan siyahısında olmayıb. Həmin qurultayda partiyanın baş katibi vəzifəsinə seçki keçiriləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin mətnində orfoqrafik səhv var