DÜNYA
Çinin şimal-şərqində tornado altı nəfərin həyatına son qoyub VİDEO
Pekin, 3 iyul, AZƏRTAC
Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində tornado nəticəsində 6 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.
AZƏRTAC ÇXR Mərkəzi televiziyasına istinadla xəbər verir ki, tornado bu gün yerli vaxtla saat 17:15 (Bakı vaxtı ilə 13:15) radələrində Kayyuan qəzasında başlayıb. Küləyin sürəti saniyədə 23 metrə çatıb. Təxminən 15 dəqiqə sonra külək zəifləyib və şəhərin hakimiyyət orqanları yubanmadan fövqəladə hallara təcili reaksiya planını işə salıb.
Təbii fəlakət nəticəsində çoxsaylı binalar və elektrik şəbəkəsi zədələnib, 210 nəfər dağıntılar altında qalıb. Hazırda altı nəfərin öldüyü, 120-dən çox insanın zərər çəkdiyi təsdiqlənib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]