DÜNYA


Çinin valyuta ehtiyatları 2,3 milyard dollar artıb

Pekin, 7 mart, AZƏRTAC

Çinin xarici valyuta ehtiyatları ardıcıl 4-cü aydır ki, çoxalmaqda davam edir. Fevralda ehtiyatlar əvvəlki ayla müqayisədə 0,2 faiz (2,3 milyard ABŞ dolları) artaraq, 3,0902 trilyon dollara çatıb.

AZƏRTAC Çin Mərkəzi Bankına istinadla xəbər verir ki, fevralda ölkənin qızıl ehtiyatı da əvvəlki ayla müqayisədə çoxalaraq, 60,26 milyon unsiyaya çatıb. Bu, təxminən 79,5 milyard dollara bərabərdir.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.