DÜNYA


Çinin xarici valyuta ehtiyatları artıb

Pekin, 8 dekabr, AZƏRTAC

Çinin xarici valyuta ehtiyatları noyabrda da 3,2 trilyondan çox olub. Bu, əvvəlki ayla müqayisədə 0,15 faiz (4,8 milyard ABŞ dolları) artım deməkdir.

AZƏRTAC Çin Xarici Valyuta Administrasiyasına istinadla xəbər verir ki, ardıcıl 7 aydır valyuta ehtiyatları 3,2 trilyon dollardan yuxarı olub.

Administrasiyanın rəsmisi Van Çunyin valyuta ehtiyatlarının çoxalmasını valyutaların yenidən hesablanması və aktivlərin qiymətindəki dəyişikliklərin ümumi təsiri ilə izah edib.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.