CƏMİYYƏT


Çinli alimlər Cənub qütbü üzərindəki atmosferin tədqiqi məqsədilə lidar ölçü sistemi quraşdırıblar

Bakı, 21 fevral, AZƏRTAC

35-ci Çin Antarktika Ekspedisiyasının üzvləri bu günlərdə “Çjunşan” qütb stansiyasında flüoressein-natriumlu Dopler lidarlarının ölçü sistemlərinin quraşdırılmasını və testləşdirilməsini başa çatdırıblar.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, qurğunun sayəsində ilk dəfə paralel şəkildə Cənub qütbü üzərindəki atmosfer mezopauzasının üst qatındakı temperaturu və üçölçülü külək sahəsini ölçmək mümkün olacaq. Bununla da, bu cür müşahidələr zamanı baş verən qüsurlar aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.