ELM VƏ TƏHSİL


Çinli alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar

Bakı, 11 oktyabr, AZƏRTAC

Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun nümayəndələri Bao Yi və Yan Tszin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlı iki ölkə arasında elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Akademik N.Vəlixanlı muzeyin tarixi və fəaliyyəti, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında ətraflı məlumat verib.

Sonra elmi əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Çinli alimlərə muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.