CƏMİYYƏT


Çinli həkimlər 6 aylıq körpəyə qaraciyər köçürülməsi əməliyyatını uğurla yerinə yetiriblər

Bakı, 15 fevral, AZƏRTAC

Şimali-Qərbi Çinin Şensi əyalətində Sian Kommunikasiyalar Universitetinin nəzdindəki Birinci Klinikanın həkimləri süni mayalanma yolu ilə dünyaya gəlmiş, hazırda 6 aylıq olan körpə üzərində yanvarın 23-də 7 saatlıq unikal qaraciyər köçürülməsi əməliyyatını həyata keçiriblər.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, həkimlər zədələnmiş orqanı kəsib çıxararaq, onun əvəzinə körpəyə anasından götürülən 260,4 qram çəkisində sağlam qaraciyəri köçürüblər.

Əməliyyatdan 20 gün sonra balaca pasiyent tamamilə sağalıb və xəstəxanadan evə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.