DÜNYA


Çinli milyarderə dəbdəbəli yaşamaq qadağan edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Məhkəmə “HNA Group” kompaniyasının rəhbəri, çinli milyarder Çen Fenin dəbdəbəyə pul xərcləməsini qadağan edib.

AZƏRTAC “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, məhkəmə bu addımı kompaniyanın borcları səbəbindən atıb.

Sahibkara bundan sonra gündəlik həyatda və işdə vacib olmayan əşyaları almağa icazə verilməyəcək. Ona təyyarədə uçmaq və sürət qatarından istifadə etmək də qadağan olunub. Çen Fen, eyni zamanda, daşınmaz əmlak ala, bahalı təmir edə, dəbdəbəli otelə yerləşə, klublara gedə və bahalı ofisləri icarəyə götürə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.