ELM VƏ TƏHSİL


Çinli mütəxəssislər AMEA-nın Şəki Regional Elmi Mərkəzində olublar

Bakı, 30 noyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun əməkdaşları Vang Xiangyu, Lou Qinian, Vang Zhaohong, Zou Deqing və Tang Venqia AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika- riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü ilə görüşüblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr mübadiləsinin aparılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinə dair müzakirələr aparılıb.

Daha sonra çinli mütəxəssislər ŞREM-in tut ipəkqurdunun seleksiyası şöbəsində və genefond bağında görülən işlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.