DÜNYA


Çinlilər yaz bayramı tətilində rekord məbləğdə pul xərcləyiblər

Pekin, 11 fevral, AZƏRTAC

Çində Yeni il və ya yaz festivalı ilə əlaqədar bir həftəlik bayram tətilində pərakəndə satış və iaşə xidmətində rekord məbləğdə dövriyyə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyi bayram tətilində sözügedən sektorlarda ümumi dövriyyənin bir trilyon yuanı (təxminən 148,37 milyard ABŞ dolları) ötdüyünü açıqlayıb. Bu, ötən ilki göstəricidən 8,5 faiz çoxdur.

Bayram tətilində turizm sektorunda da artım qeydə alınıb. Belə ki, ölkə daxilində ötən ilkindən 7,7 faiz çox - 415 milyon turist səfəri qeydə alınıb. Turizm sektorunda dövriyyə də 8,2 faiz çoxalaraq, 76,2 milyard dollara çatıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.