CƏMİYYƏT


Çirkli dəniz suyunun ağız boşluğuna və mədə-bağırsaq yollarına düşməsi orqanizm üçün təhlükəlidir

Bakı, 10 avqust, AZƏRTAC

Hər il çimərlik mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür.

AZƏRTAC Kliniki Tibbi Mərkəzin (KTM) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin həkim-toksikoloqu İnci Bağırova deyib.

“Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur. Eyni zamanda üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su daxil olur.

Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürəkbulanma, bağırsaq problemi, ishal, iştahasızlıq, başgicəllənmə və başağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.