MƏDƏNİYYƏT


“Çölçü” filmi “Dumbo film” festivalının müsabiqə proqramına daxil edilib

Bakı, 11 may, AZƏRTAC

2012-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Çölçü” filmi “Dumbo film” festivalının müsabiqə proqramına daxil edilib.

Filmin rejissoru Şamil Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, bu festivala 36 ölkədən 354 sifariş daxil olub.

“Çölçü” filmində arxaik aləmdə yaşayan çölçü ilə müasir mədəniyyətin daşıyıcısı olan gənc qızın münasibətlərindən bəhs edilir. Atasının ölümündən sonra dərviş kimi yaşayan çölçü bu kəndli qızı ilə rastlaşandan sonra onun həyatı tamam dəyişir.

Son illərdə çoxsaylı titullara layiq görülmüş “Çölçü” filmi rejissor Şamil Əliyevi bütün dünyada məşhurlaşdırıb. 2014-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizədlərin ilkin siyahısına daxil edilmiş “Çölçü” filmi onlarca beynəlxalq festivalda iştirak edib və demək olar ki, bütün nominasiyalarda 20-dən çox mükafat alıb.

Qırxdan çox beynəlxalq festivalda təqdim olunmuş bu film müxtəlif nominasiyalarda ən yaxşı ekran əsəri hesab edilib, filmin yaradıcı kollektivi müvafiq mükafatlara və diplomlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.