MƏDƏNİYYƏT


“Çölçü” filmi “Golden galaxy awards” mükafatına layiq görülüb

Bakı, 3 dekabr, AZƏRTAC

“Çölçü” filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “Vırgın sprıng cınefest 2018” kinofestivalında “Golden galaxy awards” mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a məlumat verən filmin rejissoru Şamil Əliyev bildirib ki, təqdimetmə mərasimi noyabrın 29-da Hindistanın Kolkata şəhərində keçirilib.

Yarışmada 70 ölkəni təmsil edən ekran əsərləri iştirak edib.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 40 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Ekran əsərində Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.