MƏDƏNİYYƏT


“Çölçü” filmi “Qızıl tülkü” mükafatının qalibi olub

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.