MƏDƏNİYYƏT


“Çölçü” filmi beynəlxalq festivalda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

Bakı, 27 fevral, AZƏRTAC

Rejissor Şamil Əliyevin “Çölçü” filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında fevral ayının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, ekran işi “Golden Galaxy Award” mükafatının nominantı statusunu qazanıb.

Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.