MƏDƏNİYYƏT


“Çölçü” filmi beynəlxalq kinoforumda VİDEO

Bakı, 7 sentyabr (AZƏRTAC). Sentyabrın 21-dən 25-dək Moskvada keçiriləcək beynəlxalq kinoforumda Azərbaycanı Şamil Əliyevin ekranlaşdırdığı “Çölçü” filmi təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, hər il təşkil olunan bu kinoforum əsasən qonşu ölkələrin filmlərinin nümayişinə üstünlük verir. Bu ilki kinoforum isə MDB və Baltikyanı ölkələrin kinematoqrafiyasına həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

“Çölçü” bədii filmi 21 beynəlxalq kinofestivalı və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb. 2013-cü ilin “Humay” milli mükafatına layiq görülüb, 86-cı “Oscar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.