MƏDƏNİYYƏT


“Çölçü” filmi yenidən mükafata layiq görülüb

Bakı, 13 avqust, AZƏRTAC

Rejissor Şamil Əliyev “7th Art Independent International” Film Festivalına (Hindistan, Kerala) münsiflər heyətinin üzvü kimi dəvət olunub. Təqdim olunan filmlərə həmyerlimizlə bərabər dünyanın tanınmış rejissorları münsiflik edəcək.

AZƏRTAC xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi isə yenidən mükafata layiq görülüb. Film İtaliyada COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda keçirilən “Rome International Movie Awards 2020” festivalında “Ən yaxşı bədii film” mükafatını qazanıb.

Rejissorun sözlərinə görə, 2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi ekran əsərinin qaldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas məğzini təşkil edir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” filmi 5 qitəni əhatə edən 93 beynəlxalq film festivalında iştirak edərək 55-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.