CƏMİYYƏT


Çörəkotu yağı allergiya xəstəliyindən əziyyət çəkənlər üçün faydalıdır

Bakı, 14 may, AZƏRTAC

Çörəkotu Asiya ölkələrinə xas bir bitki olan Nigella sativa toxumlarından əldə olunur. Çörəkotunun tərkibindəki timokinonda yüksək miqdarda antioksidant var.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, aparılan tədqiqatlar çörəkotundan əldə olunan yağın xüsusilə allergiya xəstəliklərindən əziyyət çəkənlər üçün faydalı olduğunu sübut edib. Eyni zamanda bu yağ orqanizmdəki iltihablanmaya qarşı qoruyucudur.

Amerikada dərc olunan məlumatda çörəkotunun burun tutulmasına və qaşıntıya yaxşı təsir etdiyi qeyd olunub. İmmunitet sistemini gücləndirir və soyuqdəyməni aradan qaldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.