CƏMİYYƏT


“Çövkən oyunu” layihəsi yekunlaşıb

Bakı, 4 may, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə Ağcabədi rayonunda “Çövkən oyunu” layihəsinin bağlanış mərasimi keçirilib.

“Qarabağ” atçılıq kompleksində baş tutan tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas hissəsində “Qarabağ” atçılıq mərkəzinin atları ilə şou-proqram təşkil olunub. Bədii hissəsində "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupu və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının rəqs qrupu çıxış ediblər.

Sonda iştirak edən könüllülər təltif olunublar.

Qeyd edək ki, UNESCO-nun qeyri-mədəni irsin reprezentativ siyahısına daxil edilmiş çövkən oyunu üçün Qarabağ atları ən ideal atlar hesab edilir.

Layihənin əsas məqsədi atüstü milli oyunlarımızı canlandırmaqla zəngin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, həmçinin qədim tarixə malik atçılıq ənənələrinin bərpası, inkişaf etdirilməsidir. Eyni zamanda, gənc nəslin bu sahəyə marağını artırmaq əsas hədəflərdəndir. Layihədə iştirak etmiş könüllülər 2 ay müddətində mütəmadi olaraq peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərə cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.