İDMAN


Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun ikinci günündə yarımfinalçılar müəyyənləşəcək

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 6-da çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin ikinci gününə start verilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində dörddəbir final mərhələsinin iki oyunu keçiriləcək. İlk görüşdə “Omar” komandası Ağstafa təmsilçiləri ilə qarşılaşır. Günün ikinci oyununda isə “Buta Qolden” komandası ilə Ağcabədi çaparları qələbə uğrunda mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, iyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda qarşılaşma və final oyunu ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.