REGİONLAR
Çox istərdim ki, Azərbaycanımızın bütün bölgələrini bu cür gəzəm, görəm, öyrənəm
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində İsmayıllıya gələn Bakının Xəzər və Nizami rayonlarından olan bir qrup məktəbli bu ərazidəki tarixi yerləri, maddi mədəniyyət abidələrini ziyarət edib.
Nizami rayon 32 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aytac Quliyeva təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Tur-aksiyanın təşkilinə görə ölkə başçısına minnətdarlığını bildirən A.Quliyeva deyib ki, bu, biz məktəblilərə həm böyük hədiyyə, həm də böyük diqqətdir. Biz həm gəzirik, həm də öyrənirik. Bölgələrimizi, nəticə etibarilə bütövlükdə vətənimizi yenidən kəşf edirik. Dünən Şamaxı ilə tanış olduq, bu gün isə İsmayıllı barədə bilmədiklərimizi öyrəndik. Sabah Qəbələyə gedəcəyik. Çox istərdim ki, Azərbaycanın bütün bölgələrini bu cür gəzəm, görəm, öyrənəm.