MƏDƏNİYYƏT


“Çox qəribə işlər” serialının yeni mövsümü baxış sayına görə rekord vurub

Bakı, 9 iyul, AZƏRTAC

“Çox qəribə işlər” (Stranger Things) fantastik serialının üçüncü mövsümü “Netflix”də baxış sayına görə rekord vurub. AZƏRTAC xəbər verir ki, striminq servisinin rəsmi “Twitter” səhifəsində verilən məlumata görə, iyulun 4-də şounun premyerası başlayan andan ona 40,7 milyon istifadəçi baxır.

“Netflix”in məlumatında deyilir: ”İyulun 4-də premyerası başlayan andan bu şouya 40,7 milyon akkaunt sahibi baxıb ki, bu da hər hansı filmin, yaxud serialın ilk dörd gündə topladığı baxış sayından çoxdur”.

Məlumatda bildirilir ki, 18,2 milyon istifadəçi filmin yeni mövsümünə axıra qədər baxıb.

Serialda hadisələr İndiana ştatının Hokins şəhərində cərəyan edir. 2016-cı ildə çıxmış birinci mövsümdə gənc qəhrəmanlar dostları Uillin (Noy Şnapp) müəmmalı şəkildə yoxa çıxmasını araşdırırlar. Sonra fövqəladə bacarıqları olan Onbir adlı qız (Milli Bobbi Braun) onların köməyinə gəlir. Filmin ikinci mövsümü bir il sonra çıxıb və birinci hissədəki hadisələrdən sonra personajların normal həyata qayıtmaq cəhdlərinə həsr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.