Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Çoxmədəniyyətliliyi təmsil edən nəhəng körpü - İmadəddin Nəsimi yaradıcılığı

Bakı, 20 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamları alimlərimizin şairin həyat və yaradıcılığına dair tədqiqatlar aparması ilə yanaşı, onlara dahi söz ustadının irsini ölkə hüdudlarından kənarda araşdırmaları üçün də stimul yaradır. Bununla bağlı “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-“Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin “Nəsimi ili” fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-Əvvəla qeyd edim ki, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyi 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. O vaxtdan Suriya Ərəb Respublikasında məlum müharibə başlayana qədər ictimai birliyin təsisçisi və sədri kimi kifayət qədər səmərəli fəaliyyət göstərmişəm. Suriyanın əsas iki şəhərində - Dəməşq və Hələbdə xalq diplomatiyası məzmununda fəaliyyətim olub. İctimai birliyin 2006-cı ildə qeydiyyatdan keçmiş və 2013-cü ilədək nəşr olunmuş rəsmi mətbu orqanı “Məndə sığar iki cahan” (sonra “Cahan+” adı ilə çap olunub) bu fəaliyyətin ən işıqlı aynası hesab oluna bilər.

Təşkilatımız “Nəsimi ili” çərçivəsində bir sıra mühüm işlər görür. Belə ki, mən Hələb şəhərində ərəbdilli mediada həm “Nəsimi ili”, həm də şairin həyatı, yaradıcılığı və faciəvi sonu ilə bağlı çoxsaylı məqalələri, tədqiqatları nəzərdən keçirdim və bu yazılar haqqında “Respublika” qəzetində “Nəsimi ili çağdaş ərəb tədqiqatlarında” sərlövhəli geniş məqaləm (avqustun 10-da və 18-də) dərc olunub. Məqalədə “Nəsiminin türbəsi əcnəbilər və yoxsullar üçün bir sığınacaqdır”, “İyirminci əsrin əvvəlləri Hələb Qalası kəsişməsində Nəsiminin məzarı”, “Əli Emad Eddin Əl Nəsimi”, “İmadəddin El-Nəsimi. Şair və üç mədəniyyət”, “Hələbdə bir şair ... yaşayır!”, “Şairlərin şeirlərindən seçmələr: İmad əl Din əl – Nəsimi (1369-1418)”, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili”, “Nəsimi əl Bağdadi – ilahi sevginin şəhidi”, “Nəsimi kimdir? (İmadəddin Seyyid Nəsimi) şeirləri və əsərləri...”, “Şeir sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasında harmoniya. Şair Nəsimi insan və sehrindən heyrətləndi”, habelə Əbdülfəttah Rəvvas Qələçinin “Şair İmadəddin Nəsimi” kitabı haqqında ərəb alimi Feysal Kratçın “Şeir sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasında harmoniya. Şair Nəsimi insan və sehrindən heyrətləndi” kimi tədqiqatlar, təhlillər şərh olundu ki, bununla İmadəddin Nəsiminin ərəb dünyasının yaddaşında bu gün də yaşadığı aydın şəkildə təsdiqlənir.

Bundan başqa, “Ədəbiyyat” qəzetində “Suriya alimi Əbdülfəttah Rəvvas Qələçi və İmadəddin Nəsimi irsi”( 2019-cu il, 24 avqust) və “525-ci qəzet”də “İmadəddin Nəsimi məqamının bu günü” (2019-cu il, 11 sentyabr) sərlövhəli məqalələrim dərc olunub.

-İmadəddin Nəsiminin Suriyada bu gün ərəb dünyasının əsaslandığı nəsimişünas alimin olub-olmaması barədə nə deyərdiniz?

-Suriyada, əsasən də Hələb şəhərində İmadəddin Nəsimi irsi ilə ciddi tanış olan, şairin həyatını, poeziyasını, fəlsəfi görüşlərində dərindən tədqiq etmiş və uzun illər Dəməşq Sənət Universitetində Nəsimi haqqında mühazirə söyləmiş, 1991-ci ildə “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” (Ərəb Yazıçılar Birliyi) monoqrafiyası çap olunmuş Əbdülfəttah Rəvvas Qələçi bütün çağdaş ərəb elmi fikrində İmadəddin Nəsimi tədqiqatçısı kimi məşhurdur. 1938-ci ildə Hələbdə doğulub. Ərəb Yazıçılar Birliyinin üzvü, Suriyanın tanınmış alim və yazıçılarındandır. Onun “İslam estetikasına giriş”, “Hələb: dünən və bu gün”, “Sirli teatr”, “Canlı operetta” elmi əsərləri, həmçinin “Quşların uçuşu” romanı, “Dəlilik fantaziyası” “Ayaqqabı təmirçisi”, “Turist və qatar”, “Gözəl ana” və çox sayda pyesləri, 50-dən çox əsəri sırasında Azərbaycan mühacir mütəfəkkirləri haqqında “Hələbin yaqutu İmadəddin Nəsimi: həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol” (pyeslər), “Əl- Sührəvərdi - hikmət sahibi” kitabları xüsusilə seçilir.

-Bu alim və onun əsərləri Azərbaycanda nə dərəcədə tanınır? Bizim kitabxanalarda onun əsərləri varmı?

-Əbdülfəttah Rəvvas Qələçi və onun “Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri” kitabı haqqında Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə akademik Bəkir Nəbiyev məhz “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin mətbu orqanı “Cahan+” qəzetində dərc olunmuş “Nəsimi kəlamının işığında” (2009-cu il, 11 dekabr) məqaləsində məlumat verib. Akademik Bəkir Nəbiyev 2009-cu ildə həmin məqaləni bir qədər genişləndirməklə kitab çap etdirib ki, orada da Qələçidən bəhs olunur. Əslində alimin soyadı Qalajidir. Azərbaycanda onu Qələçi kimi akademik Bəkir Nəbiyev təqdim etdiyi üçün mən də belə davam edirəm.

“Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasının və eləcə də “Rumiyə gedən yol” pyesinin Azərbaycanda olub-olmaması sualına cavab olaraq bildirmək istərdim ki, Nəsiminin bir tədqiqatçısı mənə monoqrafiyanın (2008-ci ildən) yalnız onda olduğunu yazıb. Ancaq dəqiq bilirəm ki, əsər kitabxanalara təqdim olunmayıb. Pyes isə bu günə kimi heç kimdə yoxdur.

-Əbdülfəttah Rəvvas Qələçi həyatdadırmı, sizin cəmiyyətlə əlaqəsi vardırmı?

-Mən Suriyada 2010-cu ilin noyabr ayında olmuşam. O zaman Bəkir Nəbiyevin haqqında məlumat verdiyi alim barədə çox soruşdum, kitabla maraqlandım, amma axtarışlarım nəticəsiz oldu. Bu il çağdaş ərəb tədqiqatlarında Nəsimi irsini araşdırarkən alimin həyatda olduğunu, Nəsimi haqqında “Rumiyə gedən yol” adlı bir pyes də yazdığını öyrəndim.

İnternetdə ciddi axtarış etdim. Müxtəlif ərəb alimlərinə, Hələbdə yerləşən arxiv və digər rəsmi qurumlara məktub yazdım. Qələçinin özünə dəfələrlə mesaj göndərdim. Məqalələrim dərc olunduqca “Facebook”da onun səhifəsində paylaşmalar edirdim. Məqalələri messengerlə ona göndərirdim. Neçə aylardan sonra - bu yaxınlarda yazıçı Əbdülfəttah Rəvvas Qələçi mənimlə əlaqə yaratdı. Yazışdıq. Mənə Nəsimi haqqında iki kitabını göndərəcəyinə söz verdi. Hələbdə yaşayan həmvətənimiz Rəşidə Adil qızı Bünyadzadə mənim xahişimlə onunla görüşdü və artıq kitablar bizdədir. O, bu əsərlərin Azərbaycan oxucusuna tezliklə çatdırılması arzusundadır. Hazırda 81 yaşlı qocaman alim və yazıçının Azərbaycan üçün verdiyi müsahibə zamanı çəkilmiş şəxsi fotosunu, hər iki kitabın üz qabığını təqdim edirəm.

Əbdülfəttah Qələçinin “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyası haqqında ərəb alimi Feysal Kratçın “Şeir sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasındakı harmoniya. Şair Nasimi insan və sehrindən heyrətləndi”, Hələbin baş inşaat mühəndisi, memar Əbdülrəhman əl-Jəssərin “Təsəvvüf şairi İmad əl Din əl Nəsimi” məqalələrində geniş bəhs olunur.

-Siz AMEA-nın Fəlsəfə İnstitutunda Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdirisiniz. İmadəddin Nəsimi irsini multikulturalizm - çoxmədəniyyətlilik kontekstində araşdırmaq nəzərdə tutulurmu?

-Əlbəttə, düşünürəm. Çoxmədəniyyətlilik və dialoq mədəniyyəti İmadəddin Nəsimi irsində tədqiqat üçün geniş üfüqlər açır və bu mövzuda elmi əsər humanitar və ictimai elmlər kitabxanasına gözəl bir töhfə olar. XIV əsr Azərbaycan şeirinin dahi nümayəndəsi İmadəddin Nəsimi haqqında istər tarixi, istər müasir dövr tədqiqatlarında Azərbaycanda, İranda, İraqda, Türkmənistanda doğulduğu yazılır. Halbuki Nəsimi Azərbaycanda doğulub, adıçəkilən ölkələrdə müxtəlif illərdə yaşayıb. Şairin son vətəni isə sözsüz ki, Hələb şəhəridir. Bu bioqrafik dəlillər, həmçinin əsərlərini bir neçə dildə yazması onun bütün bəşəriyyətin şairi olduğunu təsdiq edir. Bu baxımdan İmadəddin Nəsiminin zəngin, ilahi məzmunda olan irsi və həyatı həm mədəniyyətlərarası dialoq üçün sanballı bünövrədir, həm də bütün zamanlarda müxtəlif millətlərdən olan tədqiqatçılar nəsli ilə çoxmədəniyyətliliyi təmsil edən nəhəng körpü kimi əvəzsizdir.

Sonda qeyd etmək istəyirəm ki, hazırda qarşımda dayanan ən mühüm işlər sırasında “Nəsimi və “Nəsimi ili” çağdaş ərəb tədqiqatlarında” adlı elmi monoqrafiyanı, Əbdülfəttah Rəvvas Qələçinin “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol” (pyeslər) kitablarını, ərəbdilli mətbuatdan üzə çıxardığım iyirmiyə qədər məqaləni tərcümə etdirib (“İmadəddin El-Nəsimi. Şair və üç mədəniyyət” adı ilə) çap etdirməkdir.

-Məzmunlu müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub