CƏMİYYƏT


Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir

Bakı, 22 avqust, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ötən altı ay ərzində ümumi sahəsi 2 milyon 190 min 82 kvadratmetr olan 21 min 911 mənzilli, ümumilikdə 359 girişli 133 binaya (kompleksə) dair müsbət rəy verilib. 129-u Bakıda, 3-ü Abşeron rayonunda, 1-i isə Gəncədə yerləşən bu binalara dair sənədlər komplektləşdirilib və istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılması, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə iyulun 30-da Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında müvafiq qurumların nümayəndələrinin iştirakı ilə Abşeron rayonu ərazisində inşa edilmiş və nöqsanlar aradan qaldırılmadığından Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinin verilməsi mümkün olmamış 23 çoxmənzilli yaşayış binasının nümayəndələri ilə görüş keçirilib. Tədbirdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədilə görüləcək işlər və bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən kömək göstərilməsi imkanları müzakirə olunub.

Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər dövlətimizin başçısının nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.