RƏSMİ SƏNƏDLƏR


Çuvaşiya Xalq yazıçısı Mixail Yuxma və Çuvaşiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Aqil Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik.

Bu gün Çuvaşiyada yaşayan azərbaycanlılarla birlikdə biz də sevinirik. Azərbaycanın işğal edilmiş torpaqları Sizin müdrik rəhbərliyiniz sayəsində azad olunub. Siz bütün Türk dünyasının milli qəhrəmanına çevrilmisiniz.

Bu əlamətdar gündə Sizin əziz atanızı xatırlayırıq. 2000-ci ildə biz onun qonağı olmuşuq. O deyirdi: “Yadellilər tərəfindən işğal olunmuş bütün torpaqlarımız azad ediləcək”. Onun bütün sözləri gerçəkləşdi. Biz həmişə yadda saxlayırdıq və yenə yadda saxlayırıq: Azərbaycanlılar biz çuvaşlara yaxın, qohum olan türk xalqıdır.

Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq, tərəqqi və sülh arzulayırıq.

Hörmətlə,

Mixail Yuxma
Çuvaşiya Xalq yazıçısı, “Türk Dünyası qarşısında xidmətlərinə görə” Türk mükafatı laureatı,
 
Aqil Əliyev
Çuvaşiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin