RƏSMİ XRONİKA
CİBUTİ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSMAİL ÖMƏR QULLEHƏ
Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, xalqlarımızın xoş məramından irəli gələn dostluq və əməkdaşlıq münasibətlərimiz daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cibuti xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyun 2006-cı il.