Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN LEQALLAŞDIRILMASINA VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998-ci il, № 1, maddə 16; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə 328, № 12, maddə 692; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 8, maddə 684; Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli Qanunu) 5-ci maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

“Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.”.

II. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, №11, maddə 683, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, № 1, maddə 21; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 11, maddə 1053; 2008-ci il, № 3, maddə 152) 13-cü maddəsinə aşağıdakı əlavələr edilsin:

1. yeddinci abzasa “hallar” sözündən sonra “və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar” sözləri əlavə edilsin;

2. aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“Sinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi ilə bağlı tələblərə riayət etmək, özünün daxili nəzarət sistemini hazırlamaq və tətbiq etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.”.

III. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 737; 2003-cü il, № 1, maddə 1; 2006-cı il, № 3, maddə 225; 2007-ci il, № 6, maddə 562, № 12, maddə 1216) aşağıdakı əlavələr edilsin:

1. 9-cu maddənin 3-cü bəndinə və 11-ci maddənin 4-cü bəndinə “Bankına” sözündən sonra “, maliyyə monitorinqi orqanına” sözləri əlavə edilsin;

2. aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:

“Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya

digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması

14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əməliyyatlar barədə məlumatları dərhal maliyyə monitorinqi orqanına təqdim etməlidir:

14-1.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) vətəndaşları, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslər, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması;

14-1.1.2. ilkin çıxış məntəqəsi bu Qanunun 14-1.1.1-ci maddəsində göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması.”.

IV. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 19, maddə 327; Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 12 mart tarixli, 37-IQR nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2004-cü il, № 6, maddə 397; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 10, maddə 938; 2008-ci il, № 3, maddə 152) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”nin 7-ci bəndinə aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:

“auditor xidməti göstərən şəxslərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir.”.

V. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 10; 2001-ci il, № 11, maddə 687, № 12, maddə 740; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004-cü il, № 5, maddə 318; 2005-ci il, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007-ci il, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008-ci il, № 6, maddə 462, № 7, maddə 602; 2009-cu il, № 1, maddə 5) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 32-ci maddənin ikinci-onuncu hissələri müvafiq olaraq üçüncü-on birinci hissələri hesab olunsun və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumatlar maliyyə monitorinqi orqanına verilir.”;

2. 40-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.”;

3. aşağıdakı məzmunda 42-1-ci maddə əlavə edilsin:

“Maddə 42-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya

digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması

Notariuslar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş əməliyyatlara dair məlumatların təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər. ”.

VI. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 11; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 12, maddə 973; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 11, maddə 1053) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:

“Maddə 25-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya

digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması

1. İnvestisiya fondu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir.

İnvestisiya fondu qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidir.

2. Bu maddənin 1-ci bəndində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən edilir.”;

2. 27-ci maddənin 1-ci bəndində “yoxlayır” sözündən sonra “, onlar tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir” sözləri əlavə edilsin;

3. 31-ci maddədə “İnvestisiya fondunun” sözləri “İnvestisiya fondu, investisiya fondunun” sözləri ilə əvəz edilsin.

VII. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005-ci il, № 8, maddə 686; 2006-cı il, № 12, maddə 1005; 2007-ci il, № 4, maddə 322) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 9-cu maddənin V hissəsinin beşinci abzası altıncı abzas hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir;”;

2. 16-cı maddənin I hissəsinə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidir.”.

VIII. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007-ci il, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008-ci il, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009-cu il, № 2, maddə 47) aşağıdakı məzmunda 302.8-1-ci, 1078-29.9-cu və 1078-31.6-cı maddələr əlavə edilsin:

“302.8-1. Lombard cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

1078-29.9. Broker cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

1078-31.6. İdarəçi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.”.

IX. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049) aşağıdakı məzmunda 316-2-ci maddə əlavə edilsin:

“Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin

və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun

maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər

haqqında məlumatları yayma

316-2.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

316-2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”.

X. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64; № 5, maddə 390; № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008-ci il, № 6, maddə 462, № 7, maddələr 606, 607; № 12, maddə 1045; Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 813-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 177.3.8-ci və 177.4.5-ci maddələr əlavə edilsin:

“177.3.8. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması.

177.4.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması – pul vəsaitləri və ya digər əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda.”;

2. 177.5-ci və 443.2-ci maddələrdə “177.3.1-177.3.5-ci” sözləri “177.3.1-177.3.5 və 177.3.8-ci” sözləri ilə əvəz edilsin;

3. 177.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir.”;

4. 207.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“207.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir:

207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir;

207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir.”;

5. 215.3.1-ci maddədə “307-315,” rəqəmlərindən sonra “316-2.1,” rəqəmi əlavə edilsin;

6. 442.2.1-ci maddədə “şəxsi toxunulmazlıq” sözlərindən sonra “, mülkiyyət” sözü əlavə edilsin;

7. 447.3.3-cü maddədə “177.3.4-177.3.6-cı” sözləri “177.3.4-177.3.6 və 177.3.8-ci” sözləri ilə əvəz edilsin.

XI. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, № 12, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 967, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53; Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 804-IIIQD nömrəli və 2009-cu il 8 may tarixli 813-IIIQD nömrəli Qanunları) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 348-3-cü maddə əlavə edilsin:

“Maddə 348-3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun

maliyyələşdirilməsinə qarşı mübarizə haqqında

qanunvericiliyin pozulması

348-3.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-3.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;

348-3.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə;

348-3.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;

348-3.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının qanunla müəyyən edilmiş hallarda və qaydada verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;

348-3.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə -

vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.”;

2. 360.1-ci maddədə “348-1,” rəqəmindən sonra “348-3,” rəqəmi əlavə edilsin;

3. 413.1-ci maddədə “yol hərəkəti qaydalarının və ya yanğın təhlükəsizliyi sahəsində” sözləri “yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə” sözləri ilə əvəz edilsin.

XII. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007-ci il, № 11, maddələr 1049, 1053; 2008-ci il, № 8, maddə 699) aşağıdakı məzmunda 29.4-cü maddə əlavə edilsin:

“29.4. Qeyri-hökumət təşkilatı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.”.

XIII. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 130; 2005-ci il, № 4, maddə 276; 2007-ci il, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008-ci il, № 11, maddə 960) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 3.3-cü maddədə “3.4-cü maddəsi” sözləri “3.4-cü və 42-ci maddələri” sözləri ilə əvəz edilsin;

2. 16.1.9-cu və 16.2.7-ci maddələrdə “bu Qanunun,” sözlərindən sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun,” sözləri əlavə edilsin;

3. 25.1.4-cü maddədə “bank qanunvericiliyinin” sözlərindən sonra “və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin” sözləri əlavə edilsin;

4. 25.1.7-ci maddədə “qəbul etmək” sözlərindən sonra “, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamaq və tətbiq etmək” sözləri əlavə edilsin;

5. 31.1-ci maddədə “Mülki Məcəlləsinin,” sözlərindən sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun,” sözləri əlavə edilsin;

6. 37.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan bank əməliyyatının icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.”;

7. 41.2-ci maddənin birinci cümləsində “sığorta nəzarəti orqanına,” sözlərindən sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına,” sözləri əlavə edilsin;

8. 42-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 42. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya

digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması

42.1. Kredit təşkilatları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.

Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidirlər.

Anonim hesabların, o cümlədən anonim əmanət hesablarının açılmasına və anonim depozit sertifikatlarının buraxılmasına yol verilmir.

42.2. Bu Qanunun 42.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilir.”;

9. 47.1-ci maddədə “bu Qanunun” sözlərindən sonra “, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilsin.

XIV. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 309) aşağıdakı məzmunda 10.3-cü maddə əlavə edilsin:

“10.3. Lotereya təşkilatçısı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.”.

XV. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 604; 2007-ci il, № 5, maddə 442; 2008-ci il, № 11, maddə 958) aşağıdakı məzmunda 3.0.2-1-ci, 13-4.4.9-cu, 13-4.5.5-ci və 13-5-ci maddələr əlavə edilsin:

“3.0.2-1. pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir;

13-4.4.9. milli operator tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər mütəmadi olaraq pozulduqda.

13-4.5.5. icazəni almış filial və ya şöbə tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər mütəmadi olaraq pozulduqda.

Maddə 13-5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

13-5.1. Milli operator cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirir.

Milli operator qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidir.

13-5.2. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən edilir.”.

XVI. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 984; 2007-ci il, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196) aşağıdakı məzmunda 48.1.6-1-ci maddə əlavə edilsin:

“48.1.6-1. kredit təşkilatları tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir;”.

XVII. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 870; 2007-ci il, № 11, maddə 1088; 2008-ci il, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464) aşağıdakı məzmunda 17.2.7-ci maddə əlavə edilsin:

“17.2.7. qiymətli metalların və qiymətli daşların, o cümlədən onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət.”.

XVIII. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 79; Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 810 nömrəli Qanunu) 2.1.2.3-cü maddəsində “qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin” sözləri “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın” sözləri ilə əvəz edilsin.

XIX. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 144, № 7, maddə 602) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 6.2.9-cu maddə əlavə edilsin:

“6.2.9. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına.”;

2. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 13. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya

digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması

13.1. Sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.

Sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanması tələblərinə əməl etməlidirlər.

13.2. Bu Qanunun 13.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən edilir.”;

3. aşağıdakı məzmunda 29.1.10.6-cı, 95.1.5-ci və 106.1.7-ci maddələr əlavə edilsin:

“29.1.10.6. sığortaçının fəaliyyəti zamanı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin etmək;

95.1.5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin etmək.

106.1.7. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərin pozulması.”

4. 123.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“123.2. Sığortaçılar və sığorta vasitəçiləri onlar tərəfindən həyata keçirilən sığorta əməliyyatlarına dair sənədləri, belə əməliyyatlar üzrə elektron daşıyıcılarında olan məlumatları müştəri və ya digər müqavilə tərəfi ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində, həmçinin bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi sənədlərini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlamalı və zərurət yarandığı təqdirdə səlahiyyətli dövlət orqanına təqdim etməlidirlər.”;

5. 124-cü maddə üzrə:

5.1. “Hüquqi və fiziki şəxslər” sözlərindən əvvəl “124.1.” rəqəmi əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 124.2-ci maddə əlavə edilsin:

“124.2. Sığortaçılar, təkrarsığortacılar və sığorta vasitəçiləri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin