ELM VƏ TƏHSİL


“CISCO”nun təlimlərini bitirən Azərbaycan Texniki Universiteti əməkdaşlarına sertifikatlar təqdim olunub

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CISCO” şirkəti arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində şirkətin təşkil etdiyi onlayn təlimlərdə iştirak etmiş AzTU əməkdaşlarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, rektor Vilayət Vəliyev “CISCO” şirkəti ilə universitet arasında əməkdaşlığın uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, əməkdaşlığın inkişafı üçün mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.

“CISCO” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda, bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlar haqqında məlumat verib.

Sonra sertifikatlar təqdim olunub. Qeyd edilib ki, “CISCO”nun beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə universitetin kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimləri biliklərini təkmilləşdirib, müxtəlif virtual və real alətlər, şəbəkə avadanlıqları ilə işləmək imkanı qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.