DÜNYA


CNN Camal Kaşıkçının ölümündən öncəki son sözlərini dərc edib

Bakı, 10 dekabr, AZƏRTAC

Jurnalist Camal Kaşıkçının ölümündən öncəki son sözləri bu olub: “nəfəs ala bilmirəm”.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə CNN telekompaniyasına İstanbulda qətlin audioyazısına qulaq asan mənbə bildirib.

Telekompaniyanın məlumatına əsasən, audioyazıda çarpışma səslərini batırmaq üçün xüsusi qoşulan musiqi sədaları da eşidilir. Mənbə, həmçinin qatillərin telefon vasitəsilə mütəmadi olaraq hadisə barədə məruzə etdiklərini də bildirib.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək binadan çıxarıldığını etiraf etmişdi.

Türkiyə məhkəməsi dekabrın 5-də Kaşıkçının qətlində şübhəli bilinən Səudiyyə Ərəbistanının ümumi kəşfiyyat xidmətinin sabiq müavini general Əhməd Əsirinin və vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtaninin həbsinə order verib.

Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.