DÜNYA


CNN dünyanın ən gözəl küçələrin siyahısını hazırlayıb

Afina, 6 dekabr, AZƏRTAC

ABŞ-ın CNN xəbər şəbəkəsi 2019-cu il üçün dünyanın ən gözəl küçələrinin siyahısını hazırlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıda Yunanıstanın Mikonos adasında yerləşən Matoyanni küçəsi də yer alıb. Matoyanni Nyu-yorkun, Londonun, Parisin küçələri ilə rəqabət aparır. CNN-nin tərtib etdiyi siyahıya görə dünyanın ən gözəl küçələri aşağıdakılardır: Djinli, Çendu, Çin; “Convent Avenue”, Harlem, Nyu-York, ABŞ; Lombard-strit, San Fransisko, ABŞ; Kaminito, La Boca, Buenos-Ayres, Argentina; Fəlsəfə xiyabanı, Kyoto, Yaponiya; “Flask Walk”, Xempsted, London, İngiltərə; “Umbrella Sky Project”, Aqeda, Portuqaliya; “Blue City”, Codxpur, Hindistan; Monsoro meydanı, Paris, Fransa; “Hosier Lane”, Melburn, Avstraliya; Neva prospekti, Sankt-Peterburq, Rusiya; “The Royal Crescent”, Bat, İngiltərə; Via dey Koronari, Roma, İtaliya; Xerştrasse, Bonn, Almaniya; Matoyanni, Mikonos, Yunanıstan; “The Dark Hedges”, “Bregagh Road”, Antrim, Şimali İrlandiya.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.