SİYASƏT


C.Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

Bakı, 3 may, AZƏRTAC

“Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il 14 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq Hərbi Liseydə növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Hərbi Liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və liseyi əvvəlki illərdə bitirən məzunlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov və digər çıxış edənlər liseyin ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərməsindən, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamasından danışıblar.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alan liseyin məzunları böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar.

Sonda Xalq artisti Azərinin hərbi vətənpərvərlik mövzusunda ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.