SİYASƏT


C.Naxçıvanski adına hərbi liseydə yeni qəbul olunan kursantların andiçmə mərasimi olub

Bakı, 17 sentyabr, AZƏRTAC

Bilik Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə yeni qəbul olunan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Tədbirdə çıxış edənlər bayram münasibətilə kursantları təbrik edib, onlara tədrisdə və hərbi hazırlıqda uğurlar arzulayıblar.

Daha sonra sıra meydanında gənc kursantlar şərəf andı içiblər.

Hərbi liseyin şəxsi heyəti “Naxçıvanskilər” marşını ifa edib.

Mərasim şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.