ELM VƏ TƏHSİL
COĞRAFİYA İNSTİTUTUNDA HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Elmlər Akademiyasının (MEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun illik hesabat yığıncağı olmuşdur.
İnstitutun direktor müavini, MEA-nın müxbir üzvü Ramiz Məmmədovun hesabat məruzəsində bildirilmişdir ki, il ərzində 2 problem, 16 mövzu, 12 iş üzrə elmi tədqiqat işləri aparılmış, Xəzər dənizi ilə bağlı 2 beynəlxalq layihə icra olunmuş, 7 monoqrafiya, 140 məqalə (22-si xaricdə) çap edilmişdir. 6 namizədlik, 1 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Yığıncaqda çıxış edən MEA-nın Yer elmləri bölməsinin akademik-katibi akademik Akif Əlizadə beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.