DÜNYA


COVID–19 Estoniya iqtisadiyyatına və əmək bazarına mənfi təsir göstərib

Tallinn, 7 avqust, AZƏRTAC

Koronavirus pandemiyası Estoniya iqtisadiyyatına və əmək bazarına mənfi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu ilin ikinci rübündə ölkədə qeydiyyatda olan işsizlərin sayı ötən illə müqayisədə 43 faiz artaraq 66 minə çatıb. Böhran daha çox Haryumaa qəzasının və paytaxt Tallinin əmək bazarına təsir edib. Cari ilin ikinci rübündə Haryumaada işsizlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə (43 faiz) 62 faiz, Tallində isə 63,4 faiz artıb.

Tallində carı ilin ikinci rübündə keçən ilə nisbətən 8500-dən çox insan işsiz qalıb və hazırda onların sayı 22 min nəfər təşkil edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.