MƏDƏNİYYƏT


COVID-19: “Eurovision 2020” mahnı müsabiqəsi “təcrid konserti” ilə əvəz olundu

Rotterdam, 17 may, AZƏRTAC

Rotterdamda keçirilməsi nəzərdə tutulmuş “Eurovision” mahnı müsabiqəsi COVID-19 pandemiyasına görə qəribə formatda təşkil edilib və izləyiciləri təəccübləndirib.

AZƏRTAC xəbər verir ki, koronavirus epidemiyasına görə ləğv edilmiş ənənəvi mahnı müsabiqəsi “təcrid konserti” ilə əvəz olunub. Onlayn keçirilmiş “təcrid konserti” 41 iştirakçı ölkənin namizədlərini və müsabiqənin əvvəlki qaliblərini bir araya gətirib.

Namizədlər və qaliblər birlikdə təcrid olunduqları bağ, salon, studiya və digər məkanlardan onlayn şəkildə 1997-ci ildə Böyük Britaniyanın Katrina qrupunun müsabiqədə qalib gəldiyi “Love Shine a Light” mahnısını ifa ediblər.

Yalnız gecənin aparıcısı müsabiqənin keçirilməli olduğu Rotterdamdan qoşulub.

“Eurovision 2021” mahnı müsabiqəsinin yenidən Niderlandda keçiriləcəyi bildirilib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.