DÜNYA
COVID-19: Fransada ağır xəstələrin sayı yenidən artır, reanimasiya şöbələri həyəcan təbili çalır
Paris, 7 sentyabr, AZƏRTAC
Fransa xəstəxanalarında yenidən gərginlik yaranıb. Ölkədə son 3 gün ərzində COVID-19 virusuna 25 min yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yeni növ koronavirusa yoluxanların sayının ölkənin bütün ərazisində artdığı bildirilib.
Qeyd edilir ki, son sutka ərzində xəstəxanalara 1707 xəstə qəbul olunub. Onlardan 288-i ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib. Bəzi mütəxəssislər ölkədə epidemiyanın 2-ci dalğasının başladığını deyərək, insanları ayıq olmağa çağırıblar.
Son sutka ərzində ölkənin 28 departamenti qırmızı zona elan edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris