DÜNYA


COVID-19: Fransada bələdiyyə seçkilərinin 2-ci turu gələn ilə təxirə salına bilər

Paris, 2 aprel, AZƏRTAC

Fransada 1-ci turu martın 15-də keçirilmiş bələdiyyə seçkilərinin 2-ci turunun tarixi ilə bağlı mayın 23-dən tez heç bir qərar qəbul edilə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikri Baş Nazir Eduard Filip nazirlər, eləcə də parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə keçirdiyi videokonfransda söyləyib.

Fransada COVID-19 epidemiyasına görə 2-ci turu təxirə salınan bələdiyyə seçkilərinin iyun ayında keçirilməsinin qeyri-mümkünlüyü bir çox siyasətçilər tərəfindən vurğulanıb.

Siyasi partiyaların rəhbərləri bələdiyyə seçkilərinin 2-ci turu ilə bağlı fikirlərini səsləndirərək, bu seçkilərin oktyabr ayında da mümkün olmayacağını hesab ediblər. Bildiriblər ki, həmin dövrdə bütün diqqət iqtisadiyyatın yenidən dirçəlməsinə yönələcək. Bu baxımdan bələdiyyə seçkilərinin 2-ci turu 2021-ci ilin mart ayında mümkün ola bilər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.