DÜNYA


COVID-19: Fransada koronavirusa yoluxanların sayı 65 minə çatıb

Paris, 4 aprel, AZƏRTAC

Fransada COVID-19 koronavirusundan xəstəxanalarda ölənlərin sayı 6 507-ə çatıb. Bunlardan 588 son gün ərzində olmaqla 5091 xəstəxanalarda, 1416 isə epidemiyanın əvvəlindən bu günədək EHPAD-qocalar evlərində ölüb.

AZƏRTAC xəbər verir ki, bu haqda Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon aprelin 3-də mətbuata açıqlamasında bildirib.

Qeyd edib ki, xəstəxanalarda 27 432 xəstə var və onlardan 6 662-si reanimasiya şöbələrinə yerləşdirilib. COVID-19 virusuna yoluxanların sayı 65 minə çatıb və bir gün ərzində 5 233 yoluxma halı qeydə alınıb.

Fransanın Böyük Şərq regionunda epidemiyanın pik dövrünün aprelin 10-dan 25-dək davam edəcəyi ehtimal olunur.

İmperial College de Londres tədqiqatçıları isə Fransada 2 milyon və ya əhalinin 3 faizinin COVID-19 virusuna yoluxduğunu bildiriblər. Tədqiqatların nəticəsinə əsasən İtaliyada əhalinin 9,8 faizi, İspaniyada 15 faizi, Belçikada 3,7 faizi, Almaniyada isə 0.7 faizi COVID-19 virusuna yoluxub.

Son nəticələrə əsasən dünyada koronavirusa yoluxanların sayı 1 016 530, ölənlərin isə 53 mindir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.