DÜNYA


COVID-19: Fransada koronavirusun 8-ci dalğası başlayıb

Paris, 2 oktyabr, AZƏRTAC

Fransada koronavirusun 8-ci dalğası başlayıb.

AZƏRTAC xəbər verir ki, son həftələr ərzində koronavirus yenidən sürətlə yayılmaqda davam edir.

Fransa Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutkada 49 minə yaxın yeni yoluxma qeydə alınıb. Xəstəxanalara 835-i son sutkada daxil olmaqla, 14 min 554 xəstə var. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 810-a çatıb.

Pandemiya başlayandan Fransada virus qurbanlarının ümumi sayı 155 min 112-yə yüksəlib. Son sutkada virusdan 34 yeni ölüm faktı qeydə alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.