DÜNYA


COVID-19: Fransada pandemiya qurbanlarının sayı 70 mini keçib

Paris, 18 yanvar, AZƏRTAC

Fransada son sutkada COVID-19 infeksiyasına 16 642 yeni yoluxma və 141 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 70 283-ə çatıb. Xəstəxanalarda 25 235 koronavirus xəstəsi müalicə olunur ki, onlardan 2 766-sı ağır vəziyyətdə reanimasiya şöbələrində intensiv müalicə alır.

Son günlər ölkədə vəziyyət stabil ağır olaraq qaldığı üçün milli səviyyədə komendant saatı tətbiq olunub. 25 departamentdə vəziyyətin çox kövrək olduğu qeyd olunur. Koronavirusun yeni Britaniya ştammına rəsmi olaraq 87 yoluxma qeydə alındığı bildirilir.

Ölkədə 413 046 nəfər peyvənd edilib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.