DÜNYA
COVID-19: Fransada son 24 saatda 476 ölüm faktı qeydə alınıb
Paris, 14 noyabr, AZƏRTAC
Fransada son sutkada SARS-CoV-2 virusundan xəstəxanalarda 456, qocalar evlərində isə 476 ölüm faktı qeydə alınıb. Ölkədə COVID-19 infeksiyasından ölənlərin ümumi sayı 43 892-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Ölkədə ümumi gündəlik yoluxmanın sayı azaldığı və son gündə 23 794 yeni yoluxma qeydə alındığı diqqətə çatdırılıb.
Bildirilib ki, reanimasiya şöbələrində 4887 ağır vəziyyətdə olan koronavirus xəstəsi müalicə olunur. Son həftə ərzində xəstəxanalara 17 895 koronavirus xəstəsi daxil olub.
Ölkədə araşdırılan 3 698 qrup yoluxmasından 1317-si qocalar evlərində aşkarlanıb. 99 departamentdə vəziyyətin hələ də çox ağır olduğu vurğulanır. COVID-19 epidemiyası başlayandan ölkədə 1 922 504 yoluxma qeydə alınıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]