DÜNYA


COVID-19: Fransada son sutkada 12 mindən çox yeni yoluxma qeydə alınıb

Paris, 14 oktyabr, AZƏRTAC

Fransada son 24 saatda COVID-19 virusundan 117 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda problem getdikcə artmaqdadır. Son bir gündə xəstəxanalara 1633 xəstə qəbul olunub. Ölkədə koronavirusa yeni yoluxanların gündəlik sayı 12 993 olub.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Qeyd edilib ki, reanimasiya şöbələrində olan 1642 ağır xəstədən 226-sı son sutka ərzində qəbul olunub. Xəstəxanalarda ümumi 8 949 koronavirus xəstəsi var. Ölkədə COVID-19 epidemiyasından ölənlərin ümumi sayı 32 942-yə çatıb. Xəstəxanalarda yenidən çarpayı çatışmamazlığı özünü göstərir.

Hökumət epidemiyanın ikinci dalğasının qarşısını almaq məqsədilə yeni vasitələr araşdırır. Bu məqsədlə yeni sanitar müdafiə şurası yaradılıb.

Son 10 gün ərzində müxtəlif yaş tranşlarından olan 25 min könüllü potensial peyvəndin testi üçün Milli Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutuna (İnserm) müraciət edib. Potensial peyvənd sınağına ilin sonundan başlanılacağı bildirilib.

Bu arada Təhsil Nazirliyi tərəfindən müəllimlərə paylanmış maskaların tərkibində ziyanlı kimyəvi maddələr olduğu aşkarlanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.