DÜNYA


COVID-19: Fransada son sutkada 18 mindən çox yeni yoluxma qeydə alınıb

Paris, 25 yanvar, AZƏRTAC

Fransada son sutkada COVID-19 infeksiyasına 18436 yeni yoluxma və 172 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalarda 26 393 koronavirus xəstəsi müalicə olunur. Reanimasiya şöbələrində 2 965 ağır vəziyyətdə olan koronavirus xəstəsi intensiv müalicə alır. Koronavirus xəstələrinin sayı artmaqda davam edir. Ölkədə pandemiya başlayandan ölənlərin ümumi sayı 73 049 -a çatıb.

Fransada koronavirusa qarşı peyvənd kampaniyası çərçivəsində 1 026 milyon insan peyvənd olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.