DÜNYA


COVID-19: Fransada son sutkada 217 480 yeni yoluxma qeydə alınıb

Paris, 30 mart, AZƏRTAC

Fransada son sutkada COVID-19 infeksiyasına 217 480 yeni yoluxma və 137 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, gündəlik yoluxmaların həftəlik orta göstərici 128 241-dən 133 484-ə çatıb. Xəstəxanalarda koronavirus xəstələrinin sayı ötən həftə 20 742 bu gün isə artıq 21 300-ə çatıb və bir həftə ərzində 3 faiz artım qeydə alınıb. Xəstəxanaya gündəlik yeni qəbul ötən həftə 1562, son sutkada isə artıq 1892 olub. Reanimasiya şöbələrində 1538 ağır koronavirus xəstəsi olduğu bildirilir. Ölkədə pandemiya qurbanlarının sayı 142 minə çatıb.

Fransada əhalinin 80,5 faizinə və ya 54,26 milyon insana peyvəndin birinci dozası, 79,1 faiz və ya 53,34 milyon insana peyvəndin hər iki dozası və 39,5 milyon insana isə peyvəndin gücləndirici dozası vurulub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.