COVID-19: Fransada son sutkada 22 mindən çox yeni yoluxma qeydə alınıb
AzerTAg.az
Paris, 22 fevral, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 22 046 yeni yoluxma və xəstəxanalarda 183 ölüm faktı qeydə alınıb.
AZƏRTAC bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, son 3 gündə koronavirus xəstələrinin sayı artmaqda davam edir. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 84 306-ya çatıb. Bunlardan 59.826-sı xəstəxanalarda, 24 477-si isə qocalar evlərində qeydə alınıb.
Pandemiya başlayandan Fransada 3.6 milyondan çox yoluxma təsdiqlənib. Aparılan testlərin 6 faizdən çoxu pozitiv olur.
Xəstəxanalarda 25 464 fəal virus xəstəsi var, reanimasiya şöbələrində 3 392 ağır xəstə intensiv müalicə olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin mətnində orfoqrafik səhv var